Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Şəkidə baş tutan çövkən yarışının B qrupunda Özbəkistan Türkiyəni 4:0 hesabı ilə darmadağın etdi. Bu nəticə ilə asiyalılar adlarını yarımfinala yazdırdılar.
Qarşılaşmadan sonra Özbəkistan Çövkən Federasiyasının baş katibi Mahmud Maxhaçov
Sport1.az-a açıqlamasında oyunla bağlı fikirlərini bildirdi:
"Qələbə qazandığımız üçün sevincliyəm. Hesab 4:0 olsa da, Türkiyə ilə oyun çətin keçdi. Maraqlı qarşılaşma alındı. Düşünürəm ki, oyunda üstün tərəf biz idik. Qələbəyə layiq performans sərgilədik".Qurum rəsmisi yarışların yüksək səviyyədə təşkil olunduğunu söylədi:
"Azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Əla səviyyədə yarış təşkil ediblər. Azərbaycan Çövkən Federasiyası belə yarışları keçirməkdə mahirdir. Hər şey yüksək səviyyədədir".
Sport1.az