Ölkəmizdə keçirilən III MDB Oyunlarında çövkən yarışlarına start verildi.Sport1.az xəbər verir ki, Şəkidə keçirilən qarşılaşmalarda ilk tur başa çatdı. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanı 4:0 hesabı ilə darmadağın etdi.
Qarşılaşmadan sonra yığmamızın üzvü Qurbanəliyev Tərlan qalibiyyətlə bağlı fikirlərini Sport1.az-a açıqladı:
"Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. İlk oyunumuzda qalib gəldik. MDB Oyunlarının bölgələrimizdə təşkil olunması sevindirici haldır. Regionların inkişafına böyük töhfə verir".Komandanın kapitanı əsas məqsədlərini də açıqladı
"Hədəfimiz çempion olmaqdır. Qalib gələrək azarkeşlərimizi sevindirməkdir. Bayrağımızı yüksəklərdə dalğalandırmaq istəyirik".
Sport1.az