Ölkəmizdə keçirilən III MDB Oyunlarında çövkən yarışlarına start verildi.Sport1.az xəbər verir ki, Şəkidə keçirilən qarşılaşmalarda ilk tur başa çatdı. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanı 4:0 hesabı ilə darmadağın etdi.
Qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Namiq Orucov qələbə ilə bağlı fikirlərini Sport1.az-a açıqladı:
"Qələbə qazanmağımız sevindirici haldır. İlk dəfədir ki, MDB oyunlarına ev sahibliyi edirik. Qarşılaşmada çoxlu azarkeşlərimizin,idmançılarımızın əhval-ruhiyyəsinin yüksək olması gözəl hissdir".Mütəxəssis turnirdə əsas hədəflərini açıqladı:
"Məqsədimiz çempion olmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Sonda üçrəngli müqəddəs bayrağımızı zirvəyə qaldıracağıq".
Sport1.az