ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi Argentina yığmasının növbəti matçlarında iştirak edə bilməyəcək.Sport1.az xəbər verir ki, kapitan DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə görüşi buraxacaq.
Hücumçu millinin ilkin heyətinə daxil edilsə də, zədə səbəbindən komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, Argentina yığması martın 22-də Uruqvayla səfərdə, dörd gündən sonra Braziliya ilə evdə qarşılaşacaq.
Sport1.az