DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində II tur başa.çatıb. Sport1.az xəbər verir ki, Monteneqro yığması Farer adalarını minimal hesabla yenib- 1:0.
Yeganə qolu “Neftçi”nin ikinci hissədə oyuna qoşulan futbolçusu Edvin Kuç 90+6-cı dəqiqədə vurub. “Qarabağ”ın oyunçularından Marko Yankoviç bu görüşdə 69, Marko Veşoviç isə 70 dəqiqə mübarizə aparıb.
Sport1.az