"Mançester Yunayted" transfer biznesindəki çoxillik geriləməni dayandırmaq üçün skautinq şəbəkəsində ixtisar etmək qərarına gəlib.
Sport1.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, "Yunayted" yen sistem yaratmağa qərar verib. Bu, iş vaxtilə "Leypsiq" və "Çelsi"də çalışmış Kristofer Vivelə həvalə olunub.
"Mançester Yunayted"də əvvəllər 100-ə yaxın skaut var idi. Son bir il ərzində onların sayı iki dəfədən çox azalıb.
Qeyd edək ki, "Mançester Yunayted" 2024/25 mövsümündə Premyer Liqanı 15-ci pillədə başa vurub.
Sport1.az