AFFA rəsmiləri ABŞ-nin Mayami şəhərində keçirilən FIFA İcraedici Futbol Sammitinə qatılıblar.
Sport1.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə AFFA-nı prezident Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.
Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək Dünya Çempionatına hazırlıq, Klublararası Dünya Çempionatı, eləcə də gələcək layihələr haqqında məlumat verilib.
Sport1.az