“Beşiktaş” heyətini braziliyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sport1.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” “Konyaspor”un hücumçusu Pedrinyo ilə yaxından maraqlanır.
İstanbul təmsilçisi bu ay transferini reallaşdırmaq istəyir. Braziliyalının “Konyaspor”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, hazırkı komandasında 32 matçda 4 qol vurub, 4 asist edib. Pedrinyo “Tiqres de Brazil”, “Volta Redonda”, “Srisuma”, ÇSKA(Sofiya) klublarında oynayıb.
Sport1.az