İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Anxel Korrea karyerasına Meksikada davam etdirə bilər.Sport1.az "Relevo"ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu "Tiqres"ə keçməyə yaxındır.
Meksika klubu argentinalı oyunçu üçün "Atletiko Madrid"ə 6 milyon avro ödəyəcək. Korreanın "Tiqres"lə müqaviləni razılaşdırdığı bildirilir.
Qeyd edək ki, Anxel Korrea Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub. O, 2015-ci ildən "Atletiko Madrid"in şərəfini qoruyur.
Sport1.az