UEFA Millətlər Liqasının finalında Portuqaliya ilə oyunun penaltilər seriyasında fərqlənə bilməyən İspaniya yığmasının futbolçusu Alvaro Morato ölüm təhdidləri alıb.Sport1.az xəbər verir ki, bu barədə Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən 32 yaşlı hücumçunun özü açıqlama verib.
Təcrübəli forvard deyib: "Bu, mənim üçün yeni olmasa da, xoşagəlməz haldır. Çox danışmaq istəmirəm. Hər halda məni başa düşərsiniz".
Moratanın həyat yoldaşı Alisa Kampello da hədələrlə üzləşib. O, mesajlardan birini göstərib: "Küçədə görsəm, ərini öldürəcəyəm".
Kampello mesaja belə şərh verib: "İnsanlar ağıllarını itiriblər".
Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən final matçının əlavə vaxt bölümündə qol vurulmayıb. Penaltilər seriyasında İspaniya yığmasından yalnız Alvaro Morata dəqiq olmayıb. Portuqaliya isə bütün penaltiləri dəqiq yerinə yetirərək, 5:3 hesablı qələbə qazanıb və tarixində ikinci dəfə Millətlər Liqasının qalibi olub.
Sport1.az