U-17 liqasında bu gün baş tutacaq "Zirə" - "Neftçi" matçının məkanı dəyişilib. Sport1.az xəbər verir ki, daha öncə ev oyunlarını Şağan Olimpiya stadionunda keçirən "qartallar" bu dəfə Binədəki arenadan istifadə edəcək.
Buna səbəb "Neftçi"nin xahişi olub. Şağandakı stadionun ot örtüyünün bərbad olmasını əsas "ağ-qaralar"ın "Zirə"dən oyunun keçirilmə yerinin dəyişdirilməsini istəyib.
Qeyd edək ki, liqada çempionluq yarışı "Neftçi" və "Qarabağ" arasında gedir. Ağdam təmsilçisi daha öncə eyni təklifi etsə də, "Zirə" bundan imtina etmişdi
Qeyd edək ki, qarşılaşma saat 16:45-də start götürəcək.
ZAUR SALMAN
Sport1.az