Dünya Çempionatının Afrika üzrə seçmə mərhələsinin C qrupunda Ruanda Nigeriyaya məğlub olub - 0:2.Sport1.az xəbər verir ki, oyundan sonra Ange Mutsinzi Viktor Osimhenə "Zirə" formasını hədiyyə edib.
Tanınmış forvard da "Qalatasaray" geyimini Azərbaycan klubunun üzvünə bağışlayıb.
Qeyd edək ki, Viktor Osimhen qarşılaşmada dubl edərək komandasına qələbə qazandırıb.
Sport1.az