“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey A Seriyasında mövsümün ən yaxşı oyunçusu seçilib.Sport1.az xəbər verir ki, şotlandiyalı futbolçu A Seriyasında keçirdiyi 34 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
28 yaşlı futbolçu 2024-cü ilin yayında “Mançester Yunayted”dən Neapol klubuna keçib. Futbolçunun “Napoli” ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Sport1.az