Bu gün Paraqvayın paytaxtı Asunsyonda FIFA-nın 75-ci Konqresi keçiriləcək.
Sport1.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcək.
Sport1.az