Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov Polşanın Radom şəhərindən ayrılıb.
Sport1.az xəbər verir ki, bu barədə "Podgolebnik.pl" nəşri məlumat yayıb.
29 yaşlı futbolçu "Radomyak" klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Qeyd edək ki, onun sözləşməsi 2026-cı ilin yayında başa çatmalı idi.
Sport1.az