Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Sport1.az xəbər verir ki, yığmamız Millətlər Liqasının matçına çıxıb.
Siyasət Əsgərovun yetirmələri C liqası 4-cü qrupunun son səfər görüşündə qüvvəsini sınayıb. Liderlik uğurunda mübarizə aparan millimiz Monteneqro ilə üz-üzə gəlib. Komandamız qələbəni son anda əldə verib. 54-cü dəqiqədə Manə Mollayeva hesabı açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə penaltidən bərabərlik qolunu vurub.
Qeyd edək ki, millimiz son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.
Sport1.az