Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhərinə səfəri çərçivəsində aprelin 13-də stadionunun yenidənqurma işləri ilə maraqlanıb.Sport1.az xəbər verir ki, burada arenanın meydança və tribunalarının tikinti işləri barədə məlumat alan dövlət rəsmisi təmir‑bərpa işlərinin vaxtında və keyfiyyətlə tamamlanması barədə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.
Sport1.az