Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliya liqasının aparıcı oyunçularından biridir.
Sport1.az xəbər verir ki, statistikaya əsasən, "Osasko" klubunun hücumçusu çempionatın ən effektiv hücumçuları arasında mövqeyini möhkəmləndirib.
Uğurlu hücumların faizini əks etdirən məlumatlara görə, Polina 49,64 faiz göstərici ilə üçüncü yerdədir. Ondan irəlidə yalnız "Praya"nın hücumçuları var - Adenizia (51,4 %) və Karolin (51,14 %).
Sport1.az