Ozan Can Kökçü Niderlandın "Volendam" klubunda ilk məşqinə çıxıb.Sport1.az xəbər verir ki, Azərbaycan millisinin üzvü "NH Nieuws" portalına açıqlama verib:
"Ötən mövsüm mənim üçün tutqun və soyuq keçdi. Konfrans Liqası matçlarında oynasam da, əyləncəni əldən verdim. Erediviziyadakı debütümü səbirsizliklə gözləyirəm. Yüksək liqada oynamaqla bağlı istəyim var idi. Amma futbolda hər şey fərqli işləyir".
Xatırladaq ki, millimizin cinah oyunçusu karyerası ərzində Niderlandın birinci liqasında yarışan "Eyndhoven” və “Telstar” klublarında oynayıb.
Sport1.az