“Abşeron Lion” heyətini yeni basketbolçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan oyunçu Ceylen Şou 2025/2026 mövsümündə Azərbaycan təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, basketbolçu son olaraq Avstriyada “Raiffeisen Graz” klubunun formasını geyinib.
Sport1.az