Altıqat "Böyük Dəbilqə" qalibi və dünya reytinqinin lideri ispan tennisçi Karlos Alkaras fasiləsiz olaraq doqquzuncu ATP yarışının finalına adlayıb.Sport1.az xəbər verir ki, sentyabrın 29-da Tokioda keçirilən ATP-500 turnirinin yarımfinalında o, norveçli Kasper Rud üzərində 3:6, 6:3, 6:4 hesabı ilə geridönüş qələbəsi qazanıb.
Xatırladaq ki, 1990-cı ildən bəri yalnız "Böyük üçlük"ün üzvləri ardıcıl doqquz və ya daha çox finala yüksələ biliblər: isveçrəli Rocer Federer (2005-2006-cı illərdə 17 final), serbiyalı Novak Cokoviç (2015-2016-cı illərdə 17 final) və ispaniyalı Rafael Nadal (2019).
Sport1.az