Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov 15-ci dünya çempionu hindistanlı Vişvanatan Anandla yoldaşlıq görüşü keçirəcək. Sport1.az xəbər verir ki, qarşılaşma oktyabrın 7-dən 11-dək ABŞ-ın Sent-Luis şəhərində baş tutacaq. Qrossmeysterlər Fişer Rapid şahmatında 12 oyun keçirəcəklər. Qarşılaşmanın mükafat fondu 160 min dollar təşkil edəcək.
Harri Kasparov və Vişvanatan Anand 1995-ci ildə Nyu-Yorkda (ABŞ) keçirilən dünya çempionu titulu uğrunda görüşdə üz-üzə gəliblər. Həmin matç 10,5:7,5 hesabı ilə Kasparovun xeyrinə başa çatıb.
Sport1.az