“Tottenhem”də yarımmüdafiəçi Yves Bissuma heyətdən kənarlaşdırılıb.
Sport1.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Frank yerli mətbuata açıqlamasında bildirib. O, Bissumanın intizamsız davranışlarına görə bu qərarı verdiyini söyləyib.
“Tottenhem” bu gün UEFA Super Kubokunda PSJ ilə qarşılaşacaq. Oyuna saat 23:00-da start veriləcək.
Sport1.az