Abdulax Xaybulaevin Sport1.az-a müsahibəsi...- Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında "Levski"yə (Sofiya) məğlub oldunuz...- Qələbə üçün meydana çıxmışdıq. Amma rəqib bizi daha yaxşı təhlil etməyi bacarmışdı. Onlar çox kompakt müdafiə olunmaqla yanaşı, meydanın hər sahəsində boşluq vermədilər.
- Səfərdəki qarşılaşma ilə müqayisədə bu oyunda "Sabah"ın əsas çatışmazlığı nə oldu?- Bu barədə nəsə deyə bilmərəm. Nöqsanlarımiz var. "Levski" ilə oyunumuzu təhlil etməliyik ki, çempionatda həmin səhvləri etməyək.
- 6 avrokubok matçı keçirdiz. Səncə, qazancınız nə oldu? -Konul istərdi ki, daha çox oyun keçirək. Ən azı pley-off həyəcanını yaşamaq istəyirdik. Amma alınmadı. Buna rəğmən, 6 oyunda yaxşı təcrübə qazandığımızi düşünürəm.
- Çempionat başlayıb. Premyer Liqada hədəfiniz nədir?- Ötən mövsüm elitada istədiyiniz kimi çıxış etmədik. Bu il Premyer Liqada daha yaxşı mübarizə aparmali və mükafatçılar sırasında yer almalıyıq.
- İlk oyunuzu "Qarabağ"a qarşı keçirməli idiniz. Lakin matç təxirə salındı. Bunu daha yaxşı hazırlaşmaq üçün bir qədər də vaxt udmağınız kimi dəyərləndirmək olar?- Bu il bizi bütün rəqiblərlə gərgin mübarizə gözləyir. İlk turdakı oyunumuz təxirə salındı. Bizi "Şamaxı" ilə də çətin matç gözləyir. Bölgə təmsilçisi ötən mövsüm yaxşı oyun sərgiləyənlərdən idi. Düşünürəm ki, onlar yenə mübariz komandalardan olacaqlar. Lakin Şamaxı səfərindən qələbə ilə dönmək arzusundayıq.
MİRZƏ S.
Sport1.az