Ziraat Türkiyə Kubokunun finalında “Qalatasaray”ın oyunçusu Viktor Osimhen “Trabzonspor”a qarşı oyunda yeni rekorda imza atıb.Sport1.az xəbər verir ki, görüşün 46 və 63-cü dəqiqələrində fərqlənən ulduz futbolçu 2024/25 mövsümündə vurduğu qolların sayını 35-ə çatdırıb. Bununla da nigeriyalı hücumçu “Qalatasaray” forması ilə bir mövsümdə ən çox qol vuran xarici oyunçu olub.
Osimhendən öncə rekordun sahibi 34 qolla Mario Jardel idi.
Sport1.az