UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sport1.az xəbər verir ki, bu ada Lautaro Martines (“İnter”, İtaliya), Seru Qirassi (“Borussiya Dortmund”, Almaniya), Usman Dembele (PSJ, Fransa) və Deklan Rays (“Arsenal”, İngiltərə) iddia edir.
Martines "Bavariya" ilə matçda komandasının ilk qolunu vurub (2:2). Qirassi "Barselona" ilə qarşılaşmada het-trik edib (3:1).
Dembele "Aston Villa" ilə oyunda (2:3) məhsuldar ötürmə verib. Rays isə “Real Madrid”lə görüşdə (2:1) yüksək performans nümayiş etdirib.
Sport1.az