UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qalatasaray" doğma meydanda "Liverpul"u məğlub edib - 1:0Sport1.az xəbər verir ki, oyundan sonra sabiq "cimbom"lu Hasan Şaş açıqlamasında bu qələbənin önəmini belə izah edib:
"Qalatasaray artıq Çempionlar Liqasına özgüvən qazandı. "Aslanlar" artıq hamının asanlıqla məğlub edəcəyi komanda deyil. İlk oyunda elə görsənə bilərdi, amma bundan sonra rəqib komandaların baş məşqçiləri bura qorxu ilə gələcək. Okan Buruku da təbrik edirəm. Bu görüşə komandanı əla hazırlamışdı".
Sport1.az