UFC-nin Bakıda keçirilən turnirində qələbə qazanan Nazim Sadıxov təəssüratlarını bölüşüb.Sport1.az xəbər verir ki, azərbaycanlı döyüşçü onu vətənində məğlub etməyin çox çətin olduğunu deyib:
"Azərbaycandayıq. Məni burada yenmək istəyən tapança ilə gəlməlidir. Vətənimdə yalnız qələbə qazanmalıydım. Rəqibim də kifayət qədər güclü idi. Məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Ölkəm üçün canımı verərəm. Mənim ürəyim Azərbaycanla döyünür".Qeyd edək ki, Nazim braziliyalı Nikolas Mottanı noksutla yenib.
Sport1.az