"Fənərbağça" çıxdığı son 3 rəsmi matçın heç birini qazana bilməyib (2 bərabərlik, 1 məğlubiyyət). Sport1.az xəbər verir ki, İstanbul təmsilçisinin bu uğursuz gedişi mediada və azarkeşlər arasında böyük səs-küyə səbəb olub.
Oyun nəticəsindən asılı olmayaraq bütün təndiqlər klubun italyan baş məşqçisi Domeniko Tedeskoya yönəlib.
"Sarı lacivərtlilər"in yeni prezidenti Sadettin Saran məşqçilər korpusu və Devin Özek ilə bir iclas keçirməyi planlaşdırır.
Sport1.az