“Fənərbağça” futbolçusu Onyen Mimoviçi icarəyə verib.
Sport1.az xəbər verir ki, serbiyalı müdafiəçi Kipr təmsilçisi “Pafos”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Pafos” Mimoviçin transfer hüquqlarını almaq imkanına sahibdir.
2023-cü ildə “Srvena Zvezda”dan “Fənərbağça”ya keçən cinah oyunçusu hələ İstanbul klubunda rəsmi oyuna çıxmayıb. O, ötən mövsüm “Zenit”də icarədə olub.
Sport1.az