“Qalatasaray” futbolçusu Viktor Nelssonu icarəyə verib.
Sport1.az xəbər verir ki, danimarkalı müdafiəçi 2025/26 mövsümünü “Verona”da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu gələn ay futbolçunun transfer hüquqlarını ala bilər.
26 yaşlı müdafiəçi ötən mövsüm “Roma”da icarədə olub.
Sport1.az