"İnter" futbolçusu Benjamin Pavarı icarəyə verib.Sport1.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Fransa "Marsel"inə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pavarla 1 mövsümlük müqavilə imzalanıb.
Benjamin Pavar ötən mövsüm 38 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, fransalı futbolçu "İnter"ə 2023-cü ildə "Bavariya"dan transfer olub.
Sport1.az