“Qalatasaray” Rusiyanın ÇSKA klubunun futbolçusu Matvey Kislyakla maraqlanır.
Sport1.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu yarımmüdafiəçi üçün təklif göndərməyə hazırlaşır.
Rusiyalı oyunçu bu mövsüm Moskva klubunda 5 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az