Qurban Qurbanovun adı Moskva “Spartak”ının baş məşqçi postuna mümkün namizədlər sırasında hallanır.
Sport1.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu idman nəşrlərindən olan “Sport den za dnem” məlumat yayıb.
Nəşrin yazısında bir neçə digər əcnəbi mütəxəssisin də adı çəkilib. Qeyd olunur ki, təcrübəli çalışdırıcı rus dilini mükəmməl bilir və postsovet məkanında işləmək təcrübəsinə malikdir. O, 1999–2001-ci illərdə futbolçu kimi Rusiyanın “Baltika” və “Fakel” komandalarının formasını geyinib. Hazırda “Spartak”a serbiyalı Deyan Stankoviç rəhbərlik edir. Lakin komandanın nəticələri rəhbərliyi qane etmir və Stankoviçin istefası gündəmdədir. Məhz bu səbəbdən klub yeni namizədlər üzərində düşünür.
Qurban Qurbanov isə 2007-ci ilin avqustundan “Qarabağ” klubunu çalışdırır. O, 2017-2018-ci illərdə Azərbaycan millisində də baş məşqçi kimi fəaliyyət göstərib.
Sport1.az