"Vest Hem"İn yarımmüdafiəçisi Edson Alvares karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Fənərbağça" meksikalı futbolçunu transfer etməyə çalışır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo Alvaresi komandasında görmək istəyir. "Fənərbağça" 27 yaşlı dayaq yarmmüdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Vest Hem" Edson Alvaresi 2023-cü ilin yayında "Ayaks"dən transfer edib. Meksika millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qallıb.
Sport1.az