“Atletiko”nun hücumçusu Xulian Alvares kubok qazandığı mövsümlər üzrə seriyanı davam etdirə bilməyib.Sport1.az xəbər verir ki, İspaniya klubu klublararası dünya çempionatında qrupda qalaraq mübarizəni dayandırıb.
Bu, 25 yaşlı forvardın karyerasında kuboksuz qaldığı ilk mövsümdür. Dünya çempionu ötən ilin yayında “Mançester Siti”dən “Atletiko”ya keçib. Argentinalı daha əvvəl vətənində “River Pleyt”də çıxış edib.
Paytaxt təmsilçisi La Liqanın son mövsümünü üçüncü pillədə başa vurub. Həmçinin Çempionlar Liqasının 1/8 finalında “Real”a, İspaniya Kubokunun yarımfinalında isə “Barselona”ya uduzub.
Sport1.az