“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nı çalışdıra bilər.[/b]
[b]Sport1.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Məlumata görə, almaniyalı mütəxəssis mayın 18-də “Roma”dan gələn təklifi qəbul edib.
Çempionatın bitməsinə 1 tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” İtaliya A seriyasında altıncı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyerinin paytaxt klubundan ayrılacağı gözlənilir.
Klopp 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub. Təcrübəli mütəxəssis İngiltərə klubu ilə Premyer Liqanın və Çempionlar Liqasının qalibi adını qazanıb.
Klopp hazırda İsveçrənin “Zaltsburq” klubunun rəhbərliyində təmsil olunur.
Sport1.az