İspaniya La Liqasının VIII turunda "Barselona" "Sevilya"ya 4:1 hesablı məğlub oldu.
Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra Kataloniya təmsilçisinin sabiq futbolçusu Jerar Lopez baş məşqçi Ansi-Diter Flik qarşı bu fikirləri səsləndirdi:
"Aydındır ki, "Barselona"nın nəticələri zəifləyib. Gördüyüm odur ki, bu gedişlə müdafiə aspektini dəyişməyi düşünmək lazımdır. Arxa xətti irəli çəkib düzgün oynamaq Flikin dəfələrlə bacardığı şeydir. Lakin son zamanlar almaniyalı mütəxəssis komandası topa təzyiq göstərməsə belə müdafiə xəttini irəli çəkir. Pressinqlərdə nə intensivlik olur, nə də düzgün zamanlama. Bu isə, ciddi oyunlarda xal itkiləri ilə nəticələnir".
Sport1.az