Misli Premyer Liqasının VI turunda "Turan Tovuz" "Kəpəz"i məğlub etdi - 3:0Qarşılaşmadan sonra Gəncə təmsilçisinin qapıçısı Məhəmməd Hüseynov oyun haqda fikirlərini
Sport1.az-a söylədi:
"Oyuna 10-15 dəqiqə yaxşı start vermişdik. Sonra isə boşluqlar verməyə başladıq. Rəqib isə bunu dəyərləndirdi. İlk qoldan sonra ruh düşkünlüyü yaşadıq. Toparlana bilmədik və ardıcıl qollar buraxdıq".Qolkiper baş məşqçi dəyişikliyinin oyuna təsiri haqda bu fikirləri səsləndirdi:
"Bunu demək hələ çox tezdir. Nəticə etibarilə bir şeyin dəyişdiyini deyə bilmərik".MİKAYIL HACIYEV
Sport1.az