Dünən yoldaşlıq görüşündə Azərbaycan millisi Haitiyə 0:3 hesabı ilə məğlub oldu.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra sosial şəbəkələrdə yığmanın oyunçuları, baş məşqçi Fernandu Santuş tənqid atəşinə tuş gəldi.
Tanınmış yazar Varis Yolçuyevin millimizlə bağlı statusunu diqqətinizə çatdırırıq:
"Millətlər Liqasında rüsvayçı çıxışdan sonra vəzifəsində qalan, hətta heç bir tənbeh almayan millimizin baş məşqçisi, portuqaliyalı təqaüdçü Fernandu Santuş aldığı milyonları kompensasiya etmək üçün yoldaşlıq matçında hansısa zəif yığmanı məğlub etmək fikrindəydi. Bu düşüncə ilə də bu gün uzaqlardan Haiti yığmasını Sumqayıta gətizdirmişdi. Ancaq hətta Haitiyə də uduzduq.
ÖZÜ DƏ 0:3! Azərbaycanda futbolun ruhunu öldürürlər. AFFA başbilənləri nə istəyirlərsə, edirlər. İctimai qınaq yox, etiraz yox".Millətlər Liqasında rüsvayçı çıxışdan sonra vəzifəsində qalan, hətta heç bir tənbeh almayan millimizin baş məşqçisi,...
Posted by Varis Yolcuyev on Saturday, March 22, 2025
Sport1.az