"Barselona" Oriol Romeu ilə müqaviləni vaxtından əvvəl ləğv edə bilər.
Sport1.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, komandanın baş məşqçisi Hans-Diter Flik icarədən sonra kluba qayıdan 33 yaşlı yarımmüdafiəçini planlarına daxil etmir. Yaxın günlərdə futbolçu ilə alman çalışdırıcı arasında görüş keçiriləcək.
Qeyd olunur ki, "Barselona" 2026-cı ilə qədər qüvvədə olan müqaviləni uzatmağı düşünmür və ayrılıq üçün müxtəlif variantları nəzərdən keçirir.
Sport1.az