"Liverpul"un müdafiəçisi Ciovani Leoni "Sauthempton"la kubok qarşılaşmasında zədələnib.Sport1.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Arne Slot 18 yaşlı futbolçunun bir il yaşıl meydanlardan uzaq qalacağını deyib:
"Leoninin vəziyyəti yaxşı deyil. Onun çarpaz bağları qopub. Bu isə onun azı 1 il yaşıl meydanlardan uzaq qalması anlamına gəlir. Gənc yaşda başqa ölkənin klubuna gedəsən, debütündə əla oyun sərgiləyəsən, amma oyun sonlarında zədələnib mövsümü bağlayasan. Qəbullanmaq çox çətindir". Mütəxəssis həmçinin italiyalı müdafiəçinin bu hadisəyə görə ruhdan düşməməli olduğunu bildirib:
"Belə şeylərin dəfələrlə şahidi olmuşuq. Vaxtilə Qomez və Van Daykın da zədələndiyini görmüşük. Lakin onlar sağalanda sonra daha güclü qayıdıblar. Ciovani hələ gəncdir və o da yaxşı vəziyyətdə qayıda bilər".
Sport1.az