II Liqanın 2-ci turunda “Araz Saatlı” – “Şəki” oyununda böyük hesablı nəticə qeydə alınıb.Qonaqlar meydan sahiblərinin qapısından nə az, nə çox 12 top keçirdilər.
Görəsən, Saatlı təmsilçisi nə üçün bu hesabla məğlub oldu? Sualımızı komandanın baş məşqçisi Elşən Atakişiyevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Rəqib təcrübəli, Premyer Liqa səviyyəsində oynamış oyunçulardan təşkil olunub. Maddi cəhətdəndə bizdən qat-qat üstün komanda idi.
Təbii ki, bu, bəhanə deyil. İstəməzdik ki, evdə, öz azerkeşlərimiz önündə belə məğlub olaq. Maddi imkanımızın az olması yerli, gənc oyunçulara şans verməyimiz belə rəqiblərlə bizə çətinlik yaradır.
Ruhdan düşmürük. Qarşıdakı oyunlara hazırlaşırıq. Uşaqların qarşıdakı oyunlarda dişimizə uyğun rəqiblərlə layiqincə mübarizə aparacağına, xallar qazanacağına inanıram”.MİRZƏ S.
Sport1.az