İngiltərə Liqa Kubokunun III turunda "Liverpul" "Sauthempton"u məğlub edib - 2:1Sport1.az xəbər verir ki, qarşılaşmanın 87-ci dəqiqəsində komandasının qələbə qolunu vuran Uqo Ekitike sarı vərəqəsi olmasına baxmayaraq, sevinərkən köynəyini çıxarıb. Hakim futbolçuya ikinci "sarı"nı verərək meydandan kənarlaşdırıb.
Matçdan sonra mətbuat konfransında "qırmızılar"ın baş məşqçisi Arne Slot fransalı futbolçunun bu hərəkətini "qeyri-peşəkar" və "ağılsız" olduğunu bildirib.
Bundan bir neçə saat sonra isə 23 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərdən üzr istəyib:
"Dünən komandam ilə ilk Liqa Kuboku matçında son dəqiqələrdə qələbə gətirən qolu vurduğum üçün çox həyəcanlı idim. Buna görə də emosiyalarıma sahib çıxa bilmədim və qolu o formada qeyd etdim. Hər kəsdən üzr istəyirəm. Komanda yoldaşlarıma və azarkeşlərə bu gün qazandığımız qələbədə bizə dəstək olduğu üçün minnətdaram".Qeyd edək ki, Ekitike aldığı qırmızı vərəqəyə görə Premyer Liqanın VI turunda "Kristal Pelas" ilə oyunu buraxacaq.
Sport1.az