"Neftçi"də ayrılıq yaşanıb.
Sport1.az xəbər verir ki, müdafiəçi Ervin Koffi komandanı tərk edib. Onunla başa çatan müqavilə yenilənməyib.
Fransalı karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı Liqa 2-də çıxış edən "Qenqam"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.
Sport1.az