PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının favoritini açıqlayıb.Sport1.az xəbər verir ki, “Marca” nəşrinə danışan mütəxəssis “Barselona”nı turniri qazanmağa əsas namizəd göstərib:
“Favoritim “Barselona”dır. Onlar möhtəşəm oynayırlar. Bizə məğlub olmalarına baxmayaraq, hələ mövsümün əvvəlidir və qarşıda uzun yol var. Xatırlayın, biz ötən mövsüm Liqa mərhələsini neçənci bitirmişdi? Amma sonda çempion olduq. Düşünürəm ki, “Barselona” da bu mövsüm çempionluğa əsas iddiaçıdır”.
“Barselona” 2 turdan sonra 3 xalla 16-cıdır. PSJ isə 6 xalla 3-cü pillədə qərarlaşıb.
Sport1.az