PSJ-də Liqa 1-də “Marsel”lə oyunda zədələnən Markinyosun durumu məlum olub.
Sport1.az xəbər verir ki, 31 yaşlı müdafiəçi zədəsi üzündən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Markinyos Çempionlar Liqasında II turda “Barselona” ilə oyunu buraxacaq. Matç oktyabrın 1-də olacaq.
Sport1.az