“Fənərbağça”da Meksika millisinin düşərgəsində zədələnən müdafiəçi Edson Alvaresin son durumu məlum olub.
Sport1.az xəbər verir ki, 27 yaşlı futbolçu bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Edson yay transfer dönəmində “Vest Hem”dən “Fənərbağça”ya keçib.
Sport1.az