“Barselona” itki ilə üzləşib.
Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Fermin Lopes sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
La Liqanın V turunda “Xetafe” ilə matçda (3:0) zədə alan yarımmüdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Fermin bu mövsüm La Liqada 4 oyunda 2 qol vurub.
Sport1.az