Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi bəlli olub.
Sport1.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqı məlumat yayıb.
Komandanı Aleksandar Dimitrov çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. A.Dimitrov bu vəzifədə İlian İliyevi əvəzləyib.
Qeyd edək ki, bolqarıstanlı mütəxəssis buna qədər ölkəsinin U-21 millisini çalışdırırdı.
Sport1.az